Dünya

“Starship”in beşinci sınaq uçuşu uğurla başa çatdı

14 Oktyabr 2024 00:11
Baxış: 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SpaceX" Aya və Marsa insanlı missiyalar üçün nəzərdə tutulmuş dünyanın ən böyük raketinin birinci mərhələsini buraxılış kompleksinə uğurla endirməyi bacarıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, dünyanın ən böyük raketi "Starship" beşinci sınaq uçuşu ilə Texasın cənub-şərqindəki Boka Çikada "SpaceX"in "Starbase" buraxılış meydançasından havaya qalxıb.

Uğurlu uçuşdan sonra "Super Heavy" daşıyıcı raketi tarixində ilk dəfə buraxılış kompleksinə enib. Eniş zamanı Raptor mühərriklərinin bir hissəsinin partlamasına baxmayaraq, "SpaceX" mühəndisləri daşıyıcını 140 metr hündürlükdəki Meçazilla qülləsinə çatdıra biliblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.