Dünya

Ərdoğan Serbiyaya səfər etdi - FOTO

11 Oktyabr 2024 08:44
Baxış: 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfərə gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Belqradın Nikola Tesla adına Beynəlxalq Hava Limanında Rəcəb Tayyib Ərdoğanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

İki günlük səfər çərçivəsində Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək, təkbətək və geniş tərkibdə görüşlər olacaq.

Həmçinin Serbiya ilə Türkiyə arasında əməkdaşlıq üzrə Ali Şuranın dördüncü iclası keçiriləcək, sazişlər imzalanacaq, hər iki prezidentin iştirakı ilə biznes forum təşkil olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.