Dünya

Rusiya Aleksanyanı ölkəyə buraxmadı, aeroportdan qaytardı

8 Oktyabr 2024 23:18
Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hakimiyyəti Ermənistanın ən məşhur iş adamlarından biri, parlamentin keçmiş deputatı Samvel Aleksanyanı ölkəyə buraxmayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "24News" Moskvadakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Samvel Aleksanyan həyat yoldaşı Şogerina və digər ailə üzvləri ilə birlikdə Moskvaya gedib. Hava limanında bütün ailə üzvlərinə Rusiya sərhəddini keçməyə icazə verilib, Aleksanyan isə bir neçə saat hava limanında saxlanılıb, bundan sonra ona ölkəyə daxil ola bilməyəcəyini bildiriblər. Sonuncu Ermənistana qayıdıb.

Məlumata görə, Aleksanyana Rusiyanın qadağası "hələ uzun müddət" davam edəcək.

Samvel Aleksanyan ailə üzvləri ilə toy mərasimində iştirak etmək üçün Moskvaya gedibmiş.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.