Hadisə

Hovuzda boğulan 3 yaşlı Hüseynin FOTOsu - VİDEO

9 Dekabr 2025 22:46
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Azyaşlı hovuza düşərək boğulub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə rayonun Düz Qırıqlı kəndində fərdi yaşayış evinin həyətində baş verib. 3 yaşlı Hüseyin Qasımovun ailəsi nənəsigilə qonaq gedibmiş.

Azyaşlının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib. Müayinədən sonra ailəsinə təhvil verilib.

Uşağın cəsədini hovuzdan çıxaran şəxs hadisənin təfərrüatlarını danışıb.

Hüseyn evin sonuncu övladı olub. Onun 7 yaşında bir bacısı da var.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.