"Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb".
Milli.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Tramp "Politico"ya müsahibəsində deyib.
Müsahibə zamanı jurnalist Trampa Ukraynada prezident seçkilərinin keçirməyin zamanının yetişib-yetişmədiyi ilə bağlı sual ünvanlayıb. O isə cavabında bildirib:
"Bəli, mən belə düşünürəm. Artıq çox vaxt keçib. Hesab edirəm ki, zamanı yetişib. Onlar müharibə bəhanəsi ilə seçkilər keçirmirlər. Zənnimcə, ukraynalıların seçim şansı olmalıdır".
Xatırladaq ki, Volodimir Zelenski 2019-cu il mayın 20-dən Ukrayna prezidentidir. Onun 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Ölkədə hazırda hərbi vəziyyət rejimi qüvvədə olduğundan seçkilər təşkil edilməyib.
Milli.Az





