Dünya

Rusiya 12 saat dayanmadan Kiyevi vurdu

6 Oktyabr 2024 16:23
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, oktyabrın 5-i axşam saatlarından başlayaraq növbəti gün səhərə qədər Rusiya ordusu Kiyevə kamikadze dronları ilə hücum edib.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenkonun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dronların qalıqları Kiyev vilayətinin 6 rayonu ərazisinə düşüb:

"Düşmən bizim Kiyev bölgəsinə zərbələr endirməkdə davam edir. On iki saatdan çox davam edən həyəcan siqnalı çalınıb".

Dağıntılar və xəsarət alanların olduğu barədə məlumat dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 6-na keçən gecə Rusiya ordusu müxtəlif növ raketlərdən və hücum PUA-larından istifadə edərək Ukraynaya kütləvi hücuma keçib. Ümumilikdə Ukrayna hərbçiləri düşmənin 90-dan çox hava hədəfini aşkar edib.

Ukrayna Hərbi Hava Qüvvələri aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və mobil atəş qruplarının köməyilə hücumu dəf edib. Döyüş nəticəsində müxtəlif bölgələrdə iki raket və 56 kamikadze PUA məhv edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.