Şara Putinlə görüşdüyü vaxt Əsəd görün nə ilə məşğul imiş - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd Şara arasında gözlənilən kritik görüş Moskvanın Kreml sarayında başlayıb. Rəsmi açıqlamalara görə, tərəflər ikitərəfli münasibətləri və Rusiyanın Suriyadakı hərbi bazalarının gələcəyini müzakirə edib.
Putin görüş zamanı Rusiyanın Suriya xalqının maraqlarını hər zaman ön planda saxladığını bildirib və Dəməşqdə keçirilən parlament seçkilərini "böyük uğur" kimi qiymətləndirib.
Suriya Prezidenti Əhməd Şara isə bəyan edib ki, Moskva ilə daha əvvəl imzalanmış bütün razılaşmalara hörmətlə yanaşırlar:
"Rusiyayla əlaqələri yeni bir anlayışla yenidən formalaşdırmaq niyyətindəyik," - deyə Şara vurğulayıb.
Suriya dövlət xəbər agentliyi SANA görüşün mövzusunu "iki ölkə arasında strateji əməkdaşlıq və regional məsələlər" kimi təqdim etsə də, hökumət mənbələri pərdəarxası daha ciddi bir tələb olduğunu bildirir.
Məlumata görə, Əhməd Şara Putindən devrilmiş keçmiş lider Bəşər Əsəd başda olmaqla, müharibə cinayətləri ilə ittiham olunaraq Rusiyada sığınacaq tapan şəxslərin Dəməşqə təhvil verilməsini istəyəcək. Görüşdə həmçinin Rusiyanın Suriyadakı hərbi bazaları, yenidən silahlanma proqramı və investisiya imkanları müzakirə olunacaq.
Görüş davam etdiyi vaxt Bəşər Əsədlə bağlı maraqlı görüntülər yayılıb. Jurnalist Barış Yarkadaşın açıqlamasına görə, Rusiyada mühacirətdə yaşayan Əsəd ailəsi Moskva küçələrində şəhər turuna çıxarkən görüntülənib. Görüntülər sosial mediada "Tarixin istehzası" ifadələri ilə paylaşılıb.
Suriya rejiminin keçmiş lideri Bəşər Əsəd 8 dekabr 2024-cü ildə müxalif qüvvələr tərəfindən devrilmiş, daha sonra ailəsi ilə birlikdə Rusiyaya qaçmışdı. Hazırda onun Moskvada müvəqqəti məskunlaşdığı bildirilir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
XƏBƏR LENTİ
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
-
"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsəsi tələbi
-
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi
-
Bahadur Rzayev TƏBİB-in yeni rəhbəri oldu
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər





