Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini - Xarici Kəşfiyyat Xidmətinin direktoru Askar Amerxanovu vəzifəsindən azad edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Tokayevin Mətbuat xidməti yayıb.
Bununla yanaşı, Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini - Terrorla Mübarizə Xidmətinin rəisi Ruslan Seysembayev də vəzifəsindən azad edilib.
Amerxanov və Seysembayev 2023-cü ilin aprelindən sözügedən vəzifələrə təyin ediliblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun