Qazaxıstanda xarici kəşfiyyat rəisi istefaya göndərildi - FOTO

16 Sentyabr 2024 10:18

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini - Xarici Kəşfiyyat Xidmətinin direktoru Askar Amerxanovu vəzifəsindən azad edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Tokayevin Mətbuat xidməti yayıb. 

Bununla yanaşı, Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini - Terrorla Mübarizə Xidmətinin rəisi Ruslan Seysembayev də vəzifəsindən azad edilib. 

Amerxanov və Seysembayev 2023-cü ilin aprelindən sözügedən vəzifələrə təyin ediliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun