Dünya

Kurskda Ukrayna ordusuna ağır zərbələr endirildi

13 Sentyabr 2024 22:27
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya qoşunları Kursk vilayətindəki 13 yaşayış məntəqəsi ərazisində Ukrayna qüvvələrinə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Aviasiya zərbələri, artilleriya atəşi və qoşunların hərəkətləri ilə Borki, Quevo, Darino, Zelyonıy Şlyax, Kositsa, Lyubimovka, Malaya Loknya, Martınovka, Novaya Soroçina, Novoivanovka, Nikolaevo-Daryino, Pokrovski və Uspenovka yaşayış məntəqələrinin ərazilərindəki 22-ci, 61-ci və 115-ci mexanikləşdirilmiş, 17-ci tank, 80 və 95-ci hava hücumu briqadalarının, Milli Qvardiyanın 1-ci briqadasının, eləcə də 129-cu ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikası məhv edilib", - məlumatda qeyd olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.