Dünya

Hərbi qeydiyyatdan keçməyən azərbaycanlı vətəndaşlıqdan məhrum edildi

25 İyul 2024 17:44
Baxış: 8 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mordoviya Respublikasında polis əməkdaşları əslən azərbaycanlını Rusiya vətəndaşlığından məhrum ediblər. Rusiya Daxili İşlər Nazirliyinin Saransk şəhərindəki 4 saylı polis idarəsinin miqrasiya bölməsinin əməkdaşları onun Rusiya Federasiyası vətəndaşı olan və beynəlxalq pasportularını müsadirə ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, hərbi qeydiyyatdan keçmədiyi üçün vətəndaşlıqdan məhrum edilib. Bildirilir ki, kişi qeydiyyatdan keçməməklə milli təhlükəsizliyə təhdid yaradıb və başqalarını da buna sövq edib.

Həmin şəxs hərbi komissarlığa gələrkən həvəskar videoya çəkilib. Görüntülərdə həyat yoldaşı ərinin hərbi qeydiyyata alınmasına qarşı çıxaraq şöbə əməkdaşları ilə üz-üzə gəlir.

Qeyd olunur ki, "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" qanun 2023-cü ilin aprel ayından qüvvədədir. Mordoviya üçün bu qeyd olunan qanun əsasında ilk vətəndaşlıqdan məhrumetmə hadisəsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.