Dünya

Rusiya "İsgəndər M" ilə Xarkovu VURDU: 40 əcnəbi, 60 ukraynalı ÖLDÜ - VİDEO

25 İyul 2024 12:03
Baxış: 2 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin sənaye zonasında əcnəbi muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə İsgəndər-M-lə zərbə endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya MN məlumat yayıb.

"İsgəndər-M operativ-taktiki raket sisteminin ekipajı zərbə nəticəsində Xarkov sənaye zonasında yerləşən "Skorpion" tikinti şirkətinin binasında əcnəbi muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə raket zərbəsi endirib: 100 yaraqlı öldürülüb, onlardan 40-ı əcnəbi təlimatçı, 60-a yaxını Ukrayna Silahlı Qüvvələrinin 151-ci mexanikləşdirilmiş briqadasının hərbi qulluqçusudur", - məlumatda bildirilib.

Qeyd edək ki, 23 iyulda Rusiya MN Xarkov vilayətinin Dərgəçi kəndində Qərb ölkələrindən olan təlimatçıların və muzdluların yerləşdiyi məntəqəyə İsgəndər-M sistemi ilə zərbə endirdiyini, 50 əcnəbi təlimatçının öldüyünü bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.