Dünya

Məşhur türkiyəli astroloq gözlənilməz hadisələr barədə xəbərdarlıq etmişdi…

19 İyul 2024 19:23
Baxış: 4 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft"da "Crowdstrike" yeniləməsindən qaynaqlanan problem səbəbi ilə dünyada xaos yaşandığı bir zamanda həftənin əvvəlində məşhur türkiyəli astroloq Hande Kazanovanın gözlənilməz hadisələr barədə xəbərdarlığı gündəm olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Bu həftə gözlənilməz hadisələr ola bilər", - deyə astroloq açıqlama verib.

Hande Kazanovanın bu həftə üçün verdiyi proqnoza görə, hərbi əməliyyatlar, tətillər, hücumlar və təhlükəsizlik problemləri ola bilər. Həmçinin iqtisadi böhranlar, iflas halları və təbii fəlakətlər kimi mənfi hadisələrin ortaya çıxması da mümkündür.

Maliyyə nöqteyi-nəzərindən birjalarda alış imkanları yarana bilər, sərmayənin qoyulması tövsiyə edilmir və kriptovalyutalarla bağlı gözlənilməz proseslər yaşana bilər.

"Bu həftə 17, 19 və 20 iyul mühüm tarixlərdir. Bazarlarda sürətli eniş-çıxışlar müşahidə oluna bilər. İyulun 21-də gerçəkləşəcək bədirlənmiş ay özü ilə bəzi böhranlar gətirə bilər", - deyə Hande Kazanova qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.