Dünya

Almaniyada hökumətdən narazılıq rekord həddə

17 İyul 2024 21:45
Baxış: 1 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almanların 24%-i ölkə hökumətinin onları aldatdığına inanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,bunu Ştutqartdakı Hohenheym Universitetinin dərc etdiyi sorğunun nəticələri sübut edir.

Sorğu iştirakçılarının 17%-nin bu fikri qismən bölüşdüyü, respondentlərin 59%-nin isə əks mövqedə olduğu qeyd edilir.

Almaniya sakinləri daha çox siyasi partiyalara (50%), ölkə hökumətinə (44%) və parlamentə (37%) etibar etmirlər.

Sorğu "Forsa" sosioloji xidməti tərəfindən may və iyun aylarında keçirilib. Burada 16 yaşdan yuxarı 5 min insan iştirak edib.

Sorğu göstərib ki, hazırkı hökumətin işindən narazılıq rekord həddə - 71%-ə çatıb, halbuki may ayında bu rəqəm 63% təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.