Dünya

İtaliya polisi 33 hindlini köləlikdən azad etdi

21 İyul 2024 12:00
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya polisi 33 hindistanlı miqrantı köləlikdən azad edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, iki Hindistan vətəndaşı iş və rahat gələcək vəd edərək 33 həmyerlisini İtaliyaya göndərib. Amma əvəzində onlar cüzi əməkhaqqı müqabilində həftənin yeddi günü gündə 10 saatdan çox işləməyə məcbur ediliblər.

Hüquq-mühafizə orqanları miqrantları işlə təmin edəcəklərini vəd edərək onları köləliyə cəlb edən iki nəfəri saxlayıb. Saxlanılanların üzərində 500 min dollardan çox pul olduğu müəyyən edilib.

Qeyd olunur ki, İtaliya fermalarında həm italyanların, həm də miqrantların istismarı tez-tez rast gəlinən problemdir. Ölkədə minlərlə insan tarlalarda, üzüm bağlarında və istixanalarda çox vaxt müqaviləsiz və son dərəcə təhlükəli şəraitdə işləyir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.