Dünya

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

15 İyul 2024 22:10
Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ pul qazanmağa davam edir: Avropa bizim raketlərimizin, ölkəmiz isə Avropada yerləşən Amerika raketlərinin hədəfindədir. Bu raketlərin qarşısını almaq üçün bizim kifayət qədər potensialımız var. Lakin potensial qurbanlar bu ölkələrin paytaxtlarıdır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov yerli mediaya müsahibəsində deyib.

Peskov əlavə edib ki, bütün bunları əvvəllər də yaşamışıq:

"Birləşmiş Ştatlar müxtəlif diapazonlu, müxtəlif növ raketləri ənənəvi olaraq ölkəmizə qarşı yerləşdirib. Ölkəmiz də müvafiq olaraq bu Avropa nöqtələrini raketlərimiz üçün hədəf kimi müəyyən edib".

Xatırladaq ki, ABŞ Avropada, xüsusilə Almaniyada "Tomahavk" yerləşdirəcəyini açıqlayıb.

Qeyd edək ki, Peskov bundan öncə də Avropa paytaxtlarının "potensial təhlükədə" olduğunu bildirmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.