Dünya

ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan etdi

4 İyul 2024 06:45
Baxış: 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artilleriya mərmiləri, HIMARS reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə kompleksləri üçün döyüş sursatları ABŞ-nin Ukraynaya yeni hərbi yardım paketinə daxil ediləcək.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bu, Baydenin aprel ayında Milli Təhlükəsizlik Qanununa əlavə imzaladığı gündən indiyədək Ukraynaya kömək üçün icazə verdiyi yeddinci təhlükəsizlik yardım paketidir.

Bu paketə həmçinin ABŞ Müdafiə Nazirliyinin Ukraynaya qoşunlarını və şəhərlərini Rusiyanın hava hücumlarından müdafiəsinə kömək etmək üçün "Patriot" və NASAM hava hücumundan müdafiə sistemləri üçün ələkeçirmə qurğuları almaq üçün istifadə edəcəyi yeni maliyyə də daxildir.

Məlumata görə, paket ABŞ Prezidentinin Ukraynanın qısamüddətli ehtiyaclarını ödəmək üçün Birləşmiş Ştatların hərbi anbarlarından silah, sursat və texnikanın çıxarılması səlahiyyəti çərçivəsində təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.