Dünya

ABŞ-a qarşı terror: bazalar hazırlıq vəziyyətinə gətirildi

30 İyun 2024 22:35
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Avropadakı hərbi bazaları terror hücumu təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Onların fikrincə, terror hücumunun hədəfi ABŞ hərbçiləri və ya obyektləri ola bilər:

"Onlar 10 ildə ilk dəfədir ki, bu səviyyədə təhlükə ilə üzləşirlər. Hərbçilər ABŞ-ın Avropa Komandanlığının qərargahının yerləşdiyi Ştutqart da daxil olmaqla, döyüş hazırlığının səviyyəsini artırıb.

Təhlükəsizlik tədbirlərinin artırılmasına hansı kəşfiyyatın səbəb olduğu hələlik bəlli deyil".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.