Dünya

Qərb hazırlaşır: Rəisidən sonra İran nə edəcək? - VSJ

22 May 2024 09:03
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölümündən sonra İranla münasibətlərdə qeyri-sabitliyin artması dövrünə hazırlaşır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" Qərb rəsmilərinə istinadən yazıb.

Rəsmilərin sözlərinə görə, İrandan xarici siyasətdə böyük dəyişikliklər gözlənilmir.

Nəşrin iddiasına görə, İran çox güman ki, Çin və Rusiya ilə münasibətləri dərinləşdirməyə davam edəcək, nüvə proqramını inkişaf etdirəcək və HƏMAS hərəkatını dəstəkləyəcək:

"Qarşıdan gələn seçkilər İrana regionda daha sərt mövqe tutmaq imkanı verə bilər".

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.