Dünya

Avropa çempionu müharibədə həlak oldu

6 May 2024 19:42
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016 və 2017-ci illərdə ağır atletika üzrə 85 kiloqram çəki dərəcəsində Avropa çempionatında qızıl medal qazanan 30 yaşlı idmançı Ukraynanın azadlığı və müstəqilliyi uğrunda canından keçib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Aleksandr Peleşenko 2022-ci ildə müharibə başlayanda cəbhəyə gedib. Mayın 5-də döyüş tapşırığını yerinə yetirərkən faciəvi şəkildə həlak olub.

İki Avropa titulundan əlavə, Aleksandr 2016-cı il Olimpiya oyunlarının (4-cü yer) və 2015-ci il Dünya çempionatının (4-cü yer) iştirakçısı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.