Dünya

Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi

3 May 2024 10:38
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərini ləğv etmək qərarına gəlib. Çünki Amerika "Xarici agentlər haqqında" qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Gürcüstanın Baş naziri ABŞ-a bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl ölkə parlamenti "Xarici təsirin şəffaflığına dair" qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi etimad və qarşılıqlı hörmətə əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir və bu barədə ABŞ səfirinə ətraflı izahat verilib", - bəyanatda deyilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.