Dünya

Növbəti böyük addım: Makronun qoşun göndərmək ideyası...

1 May 2024 23:10
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Makron bu fikri irəli sürərkən haqlı idi. Çünki siz Ukrayna briqadalarını cəbhə xəttindən çıxardaraq neçə mil aralıda yerləşən Almaniyaya və ya Polşaya aparıb onlara yüksək səviyyəli təlim keçməyiniz mümkün deyil, sadəcə bunu real hesab etmirəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Silahlı Qüvvələr naziri, hazırki deputat Ceyms Hippi Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərməklə bağlı bəyanatını şərh edərkən deyib.

"Beləliklə, mən hesab edirəm ki, növbəti böyük addım silah və ya başqa bir şey şəklində deyil, növbəti böyük addım bu birləşmiş təlimi keçirmək üçün Ukraynanın qərbinə hərbçilərin göndərilməsi ola bilər", - C.Hippi qeyd edib.

O hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinə qalib gəlmək üçün sadəcə minlərlə tank, yüzlərlə döyüşçü və minlərlə artilleriya mərmisi göndərmək kifayət etməyəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.