Dünya

Yunanıstan sahilində zəlzələ olub

13 Aprel 2024 08:23
Baxış: 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan sahilində 4,5 maqnitudalı zəlzələ olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, Bakı vaxtı ilə 06:23-də qeydə alınmış zəlzələnin episentri Yunanıstanın böyüklüyünə Kritdən sonra ikinci adası olan Evbeyadan (Əyriboz) 2,66 km şimalda yerləşib. Egey dənizində baş vermiş yeraltı təkanların ocağı 5,68 km dərinlikdə olub. Türkiyənin zəlzələnin episentrinə ən yaxın yaşayış məntəqəsi isə ölkənin ən böyük adası Gökçəada olub - 246,77 km.

Mümkün dəniz daşması barədə xəbərdarlıq edilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.