Rusiya hərbçiləri əsir düşmüş silahsız ukraynalı hərbçiləri Xerson vilayətinin Krinki kəndində güllələyiblər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.
Bildirilib ki, yayılan videogörüntülərdə yerdə tərpənməz halda uzanmış üç ukraynalı əsgərin güllələnməsi əks olunub.
Faktla bağlı araşdırma aparıldığı bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun