Dünya

Qırğızıstan vətəndaşlarını Rusiyaya getməməyə çağırdı

25 Mart 2024 16:30
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan Xarici İşlər Nazirliyi üzrlü səbəbi olmayan vətəndaşlara dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana qədər Rusiyaya səfərə getməməyi tövsiyə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, səyahət planlaşdıran vətəndaşlar Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin saytında həmin ölkəyə giriş məhdudiyyətlərini əvvəlcədən yoxlamalıdırlar.

Məlumatda, həmçinin əvvəllər Rusiya Federasiyasında olduqları müddətdə iki və ya daha çox inzibati xəta törətmiş vətəndaşlara dövlət sərhədindən buraxılmaması və bu prosedurla bağlı nəticələrin qarşısını almaq üçün səfərdən çəkinmələri tövsiyə olunub:

"Rusiya Federasiyasının ərazisində olan vətəndaşlar insanların sıx toplaşdığı yerlərə getməməli, habelə həmişə şəxsiyyətlərini və Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənədləri özləri ilə aparmalıdırlar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.