Dünya

Rusiya Donetskin kəndini atəşə tutub, yaralananlar var

24 Mart 2024 22:38
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk rayonunun Krasnohorivka kəndini atəşə tutması nəticəsində üç nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu feysbukda açıqlayıb.

Bildirilib ki, əvvəlcə səhər saatlarında Rusiya hərbçiləri yaşayış məntəqəsini artilleriya atəşinə tutaraq iki nəfəri yaralayıblar. Daha sonra eyni bölgəyə aviazərbə endirilib. Nəticədə 70 yaşlı kişi ölüb.

"Sıyrıq, qəlpə yaraları və qançırları olan bütün zərərçəkənlər tibb müəssisəsinə aparılıb", - prokurorluq diqqətə çatdırıb.

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.