Dünya

Dünya feysbukda, Türkiyə vatsapda...

25 Mart 2024 01:30
Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkələr üzrə sosial media hesablarından aktiv istifadə edən insanların sayı məlum olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, dünyada ən çox istifadə edilən sosial media platforması 2,91 milyard aktiv istifadəçi ilə feysbukdur ("Facebook"). Sonrakı sıralarda 2,56 milyard aktiv istifadəçi ilə yutub ("YouTube"), 2,33 milyard istifadəçi ilə "WhatsApp" və 2,26 milyard aktiv istifadəçi ilə "Instagram"dır.

TikTok 1,07 milyard aktiv istifadəçi ilə 6-cı, teleqram isə 550 milyon aktiv istifadəçi ilə 10-cu yerdədir.

Türkiyədə isə 52 milyon aktiv istifadəçisi ilə lider platforma vatsap ("WhatsApp") olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.