Dünya

Mədəsindən canlı ilan balığı çıxarıldı

22 Mart 2024 20:31
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki,34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyəti müzakirə edərək, təcili cərrahiyə əməliyyatına ehtiyac olduğuna qərar veriblər.  Məlum olub ki, xəstənin mədəsində 30 sm uzunluğunda diri ilan balığı olub, əməliyyat uğurla keçib və kişi tədricən normal vəziyyətə düşüb. Balığın onun bədəninə necə daxil olmasına isə dəqiq cavab yoxdur.

Bununla belə, ilan balığının mədədə bu qədər vaxt keçirərək sağ çıxması xəstəxana işçilərini daha çox təəccübləndirib. Həkimlər hesab edirlər ki, balıq çürüməyə başlayıb və bu, həyati təhlükəsi olan ciddi fəsadlara səbəb ola bilərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.