Dünya

Bu, dövlətə xəyanət kimi təsnif edilə bilər - Medvedyev

18 Mart 2024 06:37
Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seçki məntəqələrində yanğın törətmək və digər vandalizm xarakterli cinayətlər dövlətə xəyanət kimi təsnif edilə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Medvedyev seçki məntəqələrində cinayət törədənləri "əclaf" və "satqın" adlandırıb:

"Onların hərəkətləri cinayət maddələri ilə qiymətləndirilə bilər. Seçki məntəqələrində kriminal fəallar başa düşməlidirlər ki, əməllərinə görə onları iyirmi illik xüsusi rəftar gözləyir", - Medvedyev bildirib.

Qeyd edək ki, Rusiyada keçirilən seçkilərdə seçki kabinəsini yandırma, seçki məntəqəsinə Molotov kokteyli atma, seçki qutusuna qara maye tökərək, bülletenləri məhv etmə və s. kimi hallar qeydə alınıb.

Rusiyada prezident seçkiləri 15 martda başlayıb və bu gün başa çatacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.