Dünya

Bu ölkədə qadınlar da əsgər gedəcəklər

16 Mart 2024 14:58
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka hökuməti məcburi hərbi xidməti qadınlara da şamil etmək niyyətindədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə krallığın baş naziri Mette Frederiksenə istinadən məlumat yayılıb.

Məlumata görə, ölkə hakimiyyəti hərbi xidmət müddətini 11 aya qədər uzatmaq istəyir. Halbuki, hazırda çağırışçılardan dörd ay xidmət keçmək tələb olunur.

Bundan əlavə, Danimarka rəhbərliyi ümumilikdə çağırışçıların sayını artırmağı planlaşdırır. Rəsmi statistikaya əsasən, hazırda Danimarka Silahlı Qüvvələrində 4,7 minə yaxın vətəndaş məcburi xidmətdədir.

Hökumət başçısının sözlərinə görə, Kopenhagen onların sayını ən azı beş min nəfərə çatdırmağı düşünür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.