Dünya

Gürcüstanda ən yüksək maaşı o alacaq

7 Mart 2024 21:22
Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci ilin yanvarından Gürcüstanda ən yüksək maaşı prezident və baş nazir alacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, müvafiq düzəlişlər ölkə parlamenti tərəfindən yekun oxunuşda təsdiqlənib.

Dəyişikliyə əsasən, prezidentlə baş nazirin maaşı eyni olacaq. Hökumət üzvlərinə və deputatlara gəlincə, onların maaşları yeni düsturla hesablanacaq: baza maaşı tutduğu vəzifədən asılı olacaq əmsalla vurulacaq.

Ən yüksək əmsal prezident və baş nazir üçün 10 olacaq.

Parlamentin sədri, nazirlər, habelə muxtariyyətlərin və muxtar vilayətlərin Ali Sovetinin rəhbərləri üçün əmsal 8.5, nazir müavinləri və digər müavinlər üçün isə 7,25 olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.