Dünya

İspaniya çempionatında qadın hakimin üzü qana boyandı - FOTO

26 Fevral 2024 10:07
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən "Betis" - "Atletik" matçında işləyən köməkçi hakim Quadalupe Porras televiziya kamerası ilə toqquşaraq üz nahiyəsində zərbə alıb və meydanı xərəkdə tərk edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, insident matçın 13-cü dəqiqəsində baş verib. "Betis"in oyunçusunun qolundan sonra köməkçi hakim meydançanın kənarında yerləşən kamera ilə toqquşub. Onun üzü yarılıb. Həkimlər briqadası ona meydançada tibbi yardım göstərib.

Qadını ehtiyat hakim Nestor Olgeras əvəzləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.