Dünya

15 minə yaxın qaçqın evsiz qaldı

23 Fevral 2024 20:29
Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadan olan ən azı 15 min qaçqın Böyük Britaniyada evsiz qalıb - bu, isə təxminən 7,5% deməkdir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "The Daily Telegraph" Regional İnkişaf və Mənzil İnşaatı Nazirliyinə isdtinadən belə yazıb.

Hazırda Britaniyada Ukrayna vətəndaşlarına sığınacaq almaq üçün sponsorluq proqramı mövcuddur. Bunun üçün onların ayrı-ayrı şəxslərdən, xeyriyyə təşkilatlarından və ya icmalardan onların mənzillə təmin olunmasına zəmanət verəcək dəvəti olmalıdır. Ukraynalıları qəbul edən vətəndaşlar hökumətdən 350 funt-sterlinq (ayda 445 dollar) ödəniş alırlar. Ukraynalı qaçqınların saxlanmasının birinci ilindən sonra bu məbləğ 500 funta (635 dollar) qədər artır.

Qeyd edək ki, təxminən 130 min Ukrayna vətəndaşı bu proqramdan yararlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.