Dünya

Kral III Çarlzın təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq

22 Fevral 2024 08:30
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Kral III Çarlzın təsviri olan əsginasları 5 iyun 2024-cü il tarixindən dövriyyəyə buraxmağa başlayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Mərkəzi Bankının bəyanatında deyilib.

Yeni əsginaslar köhnələri əvəz etmək üçün çap olunacaq. Lakin II Elizabetin portreti olan əsginaslar da dövriyyədə qalacaq.
Qeyd edək ki, ötən ilin dekabr ayında Britaniya Mərkəzi Bankı III Çarlzın təsviri olan yeni əsginasların dizaynını təqdim edib. Kralın portreti 5, 10, 20 və 50 funtluq əsginaslarda görünəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.