Dünya

Kosmik tullantılar haqqında məlumat toplayacaq peyk uğurla orbitə buraxılıb

19 Fevral 2024 08:16
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya şirkəti kosmik tullantılar haqqında məlumat toplayacaq peyki uğurla orbitə buraxıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Astroscale Japan developer" şirkəti məlumat verib.

"ADRAS-J" cihazı Yeni Zelandiyanın Mahia yarımadasında yerləşən kosmodromdan buraxılıb.

Hündürlüyü 1,2 metr, eni 80 santimetr olan peyk manevr etmək qabiliyyətinə malikdir. Buna onun çoxlu kiçik mühərrikləri imkan verəcək. Nəticədə cihaz kosmosda zibil və dağıntılara yaxınlaşa biləcək.

Kosmik dağıntılar haqqında məlumat toplamaq üçün kosmosa göndərilən ilk qurğu həmçinin, 15 il bundan qabaq buraxılmış Yaponiyanın H2A daşıyıcı raketinin hissələrinin tədqiq edəcək və onların şəkillərini Yerə ötürəcək.

Qeyd olunub ki, nəzərdə tutulan işlər müvəffəqiyyətli olarsa müvafiq texnologiya inkişaf etdiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.