Dünya

İtaliya paytaxtında fermerlərin etiraz aksiyası keçirilib

16 Fevral 2024 08:42
Baxış: 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın paytaxtı Romanın mərkəzində fermerlər 11 traktorla etiraz aksiyası keçiriblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ölkənin hər yerindən toplaşan fermerlər ağır iş şəraitinə etiraz edir, həmçinin Avropa İttifaqından kənar üçüncü ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalında qeyri-bərabər rəqabətə, eləcə də məhsulların qiymətini və keyfiyyətini aşağı salan iri konsernlərə qarşı çıxırlar.

"Biz öz məhsullarımızın istehsalına davam etmək istəyirik, çünki onlar ən yaxşısıdır və bu işin layiqincə ödənilməsini istəyirik. Bizim haqqımızı heç kim müdafiə etmir", - cənub bölgəsindən gələn fermerlərdən biri bildirib. Onun sözlərinə görə, son illər bir çox təsərrüfatlar müflis olub.

İtalyan fermerlərinin etirazları bir neçə həftədir, davam edir, lakin indiyədək onlar təcrid olunmuş yerli etirazlarla məhdudlaşıb. Sonradan hökumət nümayəndələri ilə görüşlərin nəticələrindən razı qalaraq əksər etirazçılar aksiyanı dayandırıblar. Azlıqda qalan fermerlər hökumətin Aİ-dən asılı olduğu iddia edərək, İtaliya hakimiyyətinə qarşı çıxırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.