Fransa və Ukrayna Prezidentləri Emmanuel Makronla Volodimir Zelenski bu həftə təhlükəsizlik sahəsində ikitərəfli saziş imzalayacaqlar.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yelisey Sarayına istinadən Fransa mediası yayıb.
"Bu saziş G7 ölkələrinin 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərin davamı olacaq", - deyə məlumatda qeyd olunub.
Makron və Zelenskinin sözügedən sazişi fevralın 16-sı Ukrayna liderinin Parisə səfəri zamanı imzalayacağı gözlənilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun