Zelenski Makronla təhlükəsizlik sazişi imzalayacaq

15 Fevral 2024 22:39

Fransa və Ukrayna Prezidentləri Emmanuel Makronla Volodimir Zelenski bu həftə təhlükəsizlik sahəsində ikitərəfli saziş imzalayacaqlar.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yelisey Sarayına istinadən Fransa mediası yayıb. 

"Bu saziş G7 ölkələrinin 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərin davamı olacaq", - deyə məlumatda qeyd olunub. 

Makron və Zelenskinin sözügedən sazişi fevralın 16-sı Ukrayna liderinin Parisə səfəri zamanı imzalayacağı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun