Dünya

Qərb Zelenskiyə mühacir hökuməti qurmağı tövsiyə edib

26 Yanvar 2024 07:45
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb ölkələri Zelenskiyə 2022-ci ildə sürgündə hökumət qurmağı məsləhət görüblər.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda "Times" nəşri yazı dərc edib.

"Zelenskinin 19 fevral 2022-ci ildə Münhen Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışından sonra bir çox Qərb liderləri onu Kiyevə qayıtmamağa və sürgündə hökumət qurmağa çağırıblar".

Qeyd edək ki, son zamanlar Qərbin Ukrayna münaqişəsindən yorulmağa başladığı və Zelenski rejiminə dəstəyinin zəiflədiyinə dair fikirlər gündəmdədir.

Hətta, "NBC" telekanalı ABŞ və Avropa rəsmilərinin Rusiya ilə mümkün sülh danışıqları haqqında Ukrayna hökuməti ilə görüşməyə başladığını iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.