Dünya

İtaliyada yeni il şənliyində FACİƏ - Deputat silahla...

2 Yanvar 2024 11:39
Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Biella şəhərində siyasətçilərin iştirakı ilə keçirilən yeni il şənliyi bir nəfərin güllələnməsi ilə nəticələnib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Corriere della Sera" qəzeti yazıb.

Məlumata görə, şənlik zamanı ölkə parlamentinin hakim "İtaliya Qardaşları" partiyasından olan deputatı Emanuele Pozzolo qonaqlara tapançasını göstərməyə çalışıb. Bir anda silahdan atəş açılıb.

Güllə ədliyyə nazirinin müavini Andrea Delmastronun mühafizəçilərindən birinin kürəkəninə dəyib. O, dərhal xəstəxanaya aparılıb.

Nazir müavininin sözlərinə görə, həmin şəxs artıq xəstəxanadan buraxılıb və özünü yaxşı hiss edir.

Pozzolo isə tətiyi çəkmədiyini, silahın təsadüfən açıldığını iddia edir.

Hazırda Biella prokurorluğu baş verənləri araşdırır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.