Dünya

Marinka itirildi: Kiyevdə siyasi mübarizə qızışacaq

27 Dekabr 2023 08:58
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevdə hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi fonunda Ukrayna Marinka şəhərini itirdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Dmitri Juravlyov deyib.

Onun sözlərinə görə, indi məsələ bu məğlubiyyətə görə məsuliyyətin kimin üzərinə atılmasıdır: Zelenski Zalujnıya, yaxud Zalujnı Zelenskiyə?

"Zelenskinin Zalujnını ittiham etməsi asandır. Çünki Zelenski ordunun baş komandanıdır. Digər tərəfdən, Zelenski daha çox oturur və çoxlu səhvləri ilə təngə gətirib. İstənilən halda Marinkanın itirilməsi Kiyevdə hakimiyyət uğrunda mübarizə deməkdir. Bu mübarizə uzun müddətdir ki, davam edir, lakin indi daha da güclənəcək", - Juravlyov əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.