Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Küveyt əmiri şeyx Meşal əl-Əhməd əl-Cabər əs-Sabah arasında telefon danışığı baş tutub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Ərdoğan Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar qarşı tərəfə başsağlığı verib.
Söhbət zamanı Türkiyə ilə Küveyt əlaqələri, qlobal və regional məsələlər müzakirə edilib. Ərdoğan Şeyx Meşala yeni vəzifəsində uğurlar diləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun