Xəbər verdiyimiz kimi Çində güclü zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.
- Çində güclü zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatdı - YENİLƏNİB
- Tanınmış seysmoloqdan zəlzələ ilə bağlı açıqlama - FOTO
- Məşhur geoloqdan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ - Bu şəhərlərdə risk yüksəkdir
Çinin Mərkəzi Televiziyasının məlumatına görə 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Qeyd edilir ki, Qansuda ölənlərin sayı 100-ə çatıb, Çinxayda isə 11 nəfər ölüb. Daha əvvəl 230-dan çox insanın xəsarət aldığı bildirilirdi.
Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşib. Gecə zəlzələ zamanı çöldə havanın temperaturu -14 dərəcəyə enib.
Milli.Az