Dünya

Dünyanın ən varlıları onlardır

8 Dekabr 2023 22:35
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ildə dünyanın ən zəngin ailəsi 305 milyard dollar sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl Nəhyan olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Bloomberg" araşdırmaları sübut edir.

Reytinqdə ikinci yerdə "Walmart" mağazalar şəbəkəsinin yaradıcısı Sem Uoltonun ailəsi (259,7 milyard), üçüncü yerdə "Hermes" dəbdəbəli brendinin sahibləri olan Hermes ailəsi (150,9 milyard) qərarlaşıb. Onları 141,9 milyard dollarla "Mars" şirkətləri ailəsi izləyir. Beşinci yeri isə Qətərdə hakim şeyxlər və əmirlər sülaləsi Əl Tani (133 milyard) tutur.

Agentlik qeyd edir ki, bəzi ailələrin sərvətinə onların neft sektoruna cəlb olunması kömək edib.

Ümumilikdə dünyanın 25 ən varlı ailəsi bir il ərzində 1,5 trilyon dollar daha çox pul qazanıb ki, bu da 2022-ci ildə ən zəngin ailələrin sərvətindən 43 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.