Bu gün Ermənistanda da zəlzələ qeydə alınıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, yeraltı təkan saat 17:55-də episentri İrəvandan 60 km cənubda 3,2 bal gücündə, 5 km dərinlikdə olub.
Zəlzələ Ararat və Armavirdə hiss olunub.
Zəlzələnin zəif olmasına baxmayaraq, erməni sakinlər arasında panika yaşanıb.
Qeyd edək ki, bu gün Spitak zəlzələsinin 35-ci ildönümüdür.
Milli.Az