Dünya

Gürcüstanda deputatlar əlbəyaxa oldu: “Rusiya arzusu”nun sonu yaxınlaşır

1 Dekabr 2023 22:39
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Acarıstan Ali Şurasında Vahid Milli Hərəkat partiyası ilə iqtidar partiyasından olan deputatlar arasında münaqişə yaşanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Georgia News" məlumat yayıb. Münaqişə nəticəsində deputatlar əlbəyaxa olublar.

Müxalifətçilər muxtariyyətin təqdim olunan büdcə layihəsinə yenidən baxılmasını tələb ediblər, "Gürcü arzusu" bunu ideal hesab edib və heç nəyi dəyişmək istəməyib.

Nəticədə Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlamenti tərk ediblər və layihə onlarsız qəbul edilib.

"Mənim həmrəyliyim komanda yoldaşlarım və qardaşlarımladır. "Rusiya arzusu"nun sonu yaxınlaşır, isteriya güclənir", - Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili toqquşmadan sonra "Facebook"da yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.