Dünya

Putini Stalinlə müqayisə etdi - “Qurban gedən çox olacaq”

6 Noyabr 2023 22:16
Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya öz qüvvələrini artıra, Ukraynaya qarşı müharibədə itkilərinə məhəl qoymaya bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozef Borrell deyib.

Diplomat vurğulayıb ki, müttəfiqlər Ukraynaya onun hücumunu dəstəkləməyə kömək etməlidir.

"Rusiyanın itkiləri çox vacibdir, amma qüvvələrini artıra bilər. Daha çox insanı qurban verməyə hazırdır. Putinə qədər Stalin də əmin idi ki, kəmiyyət özlüyündə keyfiyyət mənbəyidir", - Borrell bildirib.

Onun sözlərinə görə, itkilərin miqyası ukraynalılar üçün qəbuledilməzdirsə, Rusiya üçün məqbuldur:

"Yeganə həll yolu Ukraynaya yardımımızı davam etdirmək və bu məsələdə yekdil qalmaqdır, çünki əsas dəyərlərimiz təhlükə altındadır. Ukrayna uduzsa, biz uduzacağıq. Ukraynanı dəstəkləməkdə yekdilliyimizi və birliyimizi qorumalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.