Dünya

Bu hücumların İranla əlaqəsi yoxdur - Vahidi

2 Noyabr 2023 07:22
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Suriya və İraqdakı hərbi bazalarına təşkil edilən hücumların İranla əlaqəsi yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İran daxili işlər naziri Əhməd Vahidi deyib.

O bildirib ki, bu hücumlar ABŞ-ın Fələstinə qarşı müharibədə İsrailə verdiyi açıq dəstəklə əlaqədardır:

"ABŞ bu müharibəni idarə edir. Müsəlmanların Qəzza əhalisinin məruz qaldığı zülmdən narahat olması son dərəcə təbiidir. ABŞ bu hərəkətlərinin cavabsız qalmayacağını bilməlidir. Dolayısıyla, əsl günahkar olaraq hər yerdə hədəfə çevrilə bilərlər və bunun İranla əlaqəsi yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.