Dünya

Ərdoğan “Böyük Fələstin Mitinqi”ndə Qarabağdan DANIŞDI

28 Oktyabr 2023 18:07
Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Böyük Fələstin Mitinqi"ndə çıxışı zamanı bildirib.

O, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmağda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu vurğulayıb:

"Rusiya-Ukrayna mharibəsində ölənlər üçün timsah göz yaşı tökənlər Qəzzada ölən uşaqlar üçün səsini çıxarmır. Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük".

Ərdoğan, həmçinin HƏMAS-ın terror təşkilatı olmadığına dair açıqlamasının gözlənilən olduğunu əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.