İspaniyada Hueskar hersoqu Fernando Juan Fitz-James Stuart y de Solisin yeni doğulan qızının 78 hərfdən ibarət adı mübahisə mövzusuna çevrilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hersoq və həyat yoldaşı körpəyə Sofia Fernanda Dolores Cayetana Teresa Anjela de la Kruz Micaela del Santísimo Sacramento del Perpetuo Socorro de la Santísima Trinidad y de Todos Los Santos adını verdilər.
Bildirilir ki, bu uzun ad vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi üçün çox uzundur.
Fidan
Milli.Az